Gənclər üçün təlim modulları hazırlanıb

Gənclər üçün təlim modulları hazırlanıb

Şura seçkilərdə fəallığının artırılması məqsədilə sosial çarxların hazırlanmasını dəstəkləyir


Seçki ilə bağlı sosial çarxlar hazırlanacaq
“Rezonans” Gənclərin İctimаi Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin seçkilərdə fəallığının artırlması məqsədi ilə təşviqat kampaniyasının aparılması (sosial çarxların hazırlanması)” layihəsinə start verir. Layihənin məqsədi 2013-cü il oktyabırın 9-da keçiriləcək prezident seçkilərində seçicilərin, xüsusi ilə gənclərin, ölkənin siyasi həyatında mühüm hadisə olan bu prosesdə fəal iştirakçı olmasına yardım etməkdir. “Digər tərəfədən bu il minlərlə gənc ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ əldə edirlər. Həmin gəncləri də prosesə cəlb etmək, seçki hüququndan azad və sərbəst şəkildə istifadə etmək üçün şəraitin yaradılmasına yardımçı olmaq, ümumiyyətlə, bu siyasi prosesi onların həyatında əlamətdar, yaddaqalan günə çevirmək missiyasını məhz bu layihə vasitəsi ilə həyat keçirmək niyyətindəyik”- deyə təşkilatdan qəzetimizə bildirilib.
Layihə çərçivəsində xüsusi sosial çarxlar hazırlanacaq. Həmin çarxlar televiziya kanalları vasitəsi nümayiş etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində ölkənin bir neçə ərazisində yaşayan gənclərə seçkilər barədə məlumatlar veriləcək, onların seçkilərə cəlb edilməsi, fəal iştirakına nail olmaq üçün təşviqat aparılacaq. Digər tərəfdən seçki hüquqi əldə etmiş və ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqram hazırlanacaq.

Region gənclərinin İKT bilikləri artırılır
«Rezonans» Gənclərin İctimаi Birliyi sentyabr ayından “Ölkədə İKT-nin inkişafının yeni mərhələsi: region gənclərinin ən müasir texniki resurslardan istifadə imkanlarının artırılması” layihəsini həyata keçirir. Layihənin məqsədləri Azərbaycanın, bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda regionlarda yeni informasiya texnologiyalarından istifadə vərdişli gənclərin sayını artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səmərəliliyinin artırılmasına yardım etməkdir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirilir. «Rezonans»dan qəzetimizə bildirilib ki, artıq fəaliyyətin tərkibində gənclər üçün təlim modulları (broşüra) hazırlanıb. Ümumilikdə layihə yüzlərlə gənci əhatə edəcək.