“Dördlər finalı” Bakıda keçiriləcək

“Dördlər finalı” Bakıda keçiriləcək

Avropa Voleybol Konfederasiyasının rəsmiləri azərbaycanlı həmkarlarıyla bir sıra məsələləri müzakirə ediblər

Paytaxtımızda qonaq olan Avropa Voleybol Konfederasiyasının Prezidenti və vitse prezidentlərinin işgüzar səfəri sona çatıb. Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, rəsmilər qısa müddət ərzində bir neçə rəsmi görüş keçirib və 2015-ci ildə “Avropa Oyunları”nın keçiriləcəyi meydançaları bir daha ziyarət ediblər.

Görüşlər əsasında qonaqlar bu gün ölkəmizdə voleybolun inkişafını yüksək qiymətləndirib və 5 komandamızın Avropa Kubokları yarışlarındakı inamlı çıxışlarından danışıblar.

2013-2014- cü illər mövsümündə “Dəniz Bank Çempionlar Liqası”nın “Dördlər Finalı”nın paytaxtımızda keçirilməsi mövzusu da görüş zamanı müzakirə olunub. Avropa Voleybol Konfederasiyasının prezidenti qeyd edib ki, bu gün Azərbaycan klublarının potensialı imkan verir ki, “Dördlər Finalı”məhz Bakıda keçirilsin.

Amma buna son olaraq qərarı həmişə olduğu kimi yenə də Avropa Voleybol Konfederasiyası verəcək.

Qeyd edək ki, 2011-2012-ci illərdə “Dördlər Finalı” paytaxtımızda keçirilib və Türkiyə klubu “Fənərbahçe” kubokun sahibi olub.

Mənbə
ANS PRESS

“Rеgiоnlаrdа еrкən və yахın qоhumlаrlа nikаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı” layihəsi keçirilir

“Rеgiоnlаrdа еrкən və yахın qоhumlаrlа nikаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı” layihəsi keçirilir

«Rezonans» Gənclərin İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Rеgiоnlаrdа еrкən və yахın qоhumlаrlа nikаhlаr prоblеminin аrаdаn qаldırılmаsına yаrdım prоqrаmı” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir oktyabr ayının 14-də Yevlax rayonunda keçirilmişdir. Rayon ictimaiyyətinin, o cümlədən gənclərin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Məlumat verildiyi kimi, bu layihənin məqsədi Azərbaycanın regionalarında еrкən və yахın qоhumlаrlа nikаhlаrla bağlı vəziyyəti araşdırmaq, bu prоblеmin aradan qaldırılması üçün tədbirlər həyata keçirmək, yerlərdə vətəndaşlara, xüsusilə gənclərə dəstək olmaq, onların maarifləndirilməsi və hüquqlarının müdafiəsi üçün fəaliyyət həyata keçirməkdir. Layihə çərçivəsində mövzu ilə əlaqədar çap edilmiş bukletlər iştirakçılara paylanılmışdır.

 

Kiv kategorisine gönderildi

«Rezonans»ın layihəsi davam edir

«Rezonans»ın layihəsi davam edir

 «Rezonans» Gənclərin Ictimаi Birliyi 2013-cü ilin sentyabr  ayından start verdiyi “Ölkədə IKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki  resurslardan istifadə imkanlarlarının artırılması” layihəsini davam etdirir.

Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi respublikamızın,  bütövlükdə bütün regionun maraqları naminə gənclərin potensialını reallaşdırmaq və inkşaf etdirmək, regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etməkdir. Eyni zamanda, regionlarda yeni informasiya texnoloğiyalarından istifadə vərdişli gənclərin sayının artırmaq, bu vərdişlərə yiyələnmiş gənclərin öz fəaliyyətlərində İT-dən istifadəni stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səməərəliliyinin artırılmasına yardım etməkdir.

Layihənin icra planına uyğun olaraq ölkənin bir neçə regionunda təlimlər keçirlir. Fəaliyyətin tərkibində gənclər üçün təlim modullarının (broşüra) hazırlanmışdır.
Ümumilikdə  layihə yüzlərlə gənci əhatə edəcək.
Kiv kategorisine gönderildi

Avrointeqrasiya Komitəsi niyə fəaliyyətsizdir?

Avrointeqrasiya Komitəsi niyə fəaliyyətsizdir?
Ruhəngiz Hüseynova: “Tədbir keçirmək üçün yerimiz, koordinator saxlamaq üçün maliyyəmiz yoxdur”

Oktyabrın 9-da keçirilən prezident seçkisinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mənfi rəy verməsindən, oktyabrın 23-də Avropa Parlamentinin seçkilərin beynəlxalq standartlara uyğun olmadığına dair qətnamə qəbul etməsindən sonra Azərbaycanla Avropanın siyasi institutları arasında münasibətlər soyuyub.
Hətta, Azərbaycan nümayəndə heyəti AvroNest PA-da fəaliyyətini dayandırdığını bəyan edib. Belə bir məqamda münasibətləri yaxşılaşdıra biləcək faktorlardan biri kimi çıxış etməyə qabil Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyəti hiss olunmur.
Halbuki, komitə fəaliyyət göstərdiyi dövrdə Avropa strukturları ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində xeyli müsbət işlər görməyə müvəffəq olmuşdu. Bəs, təşkilatın fəaliyyəti niyə nəzərə çarpmır?
Okumaya devam et →
Kiv kategorisine gönderildi