
“Narkotikadan cəmi bir dəfə istifadə etmək narkomaniyaya yol açmaq deməkdir”
![]()
“KİV-lər bir-biri ilə narkobizneslə bağlı informasiya mübadiləsi şəbəkəsi qura bilər”
Narkotik vasitələrdən istifadə nəticəsində yaranan xroniki xəstəlik olan narkomaniya bu gün dünyada mövcud problemlərdən biridir. BMT-nin son hesabatına görə, dünyada qanunsuz narkotik istehsalının və narkotik istifadəçilərinin sayı artıb. Belə ki, hazırda dünyada təqribən 250 milyon insan narkotik asılılığından əziyyət çəkir. Bu, 15-64 yaş üzrə dünya əhalisinin 5 faizi deməkdir.
Dünya əhalisinin təxminən 4,8 faizi narkotik istifadəçisidir Hazırda dünyada 208 milyondan artıq insan narkotik vasitədən istifadə etməkdədir. Bu isə dünya əhalisinin təxminən 4,8 faizi deməkdir. Son dövrlər heroindən, tiryəkdən istifadə edənlərin sayı daha çox artmaqdadır. 2000-2009-cu illərlə müqayisədə son vaxtlar Əfqanıstanda narkotik istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada narkotik əkilən sahələr 235 min 700 hektar idisə, 2011-ci ildə bu rəqəm 238 hektara çatıb. İl ərzində Əfqanıstan narkotikdən 2,4 milyard dollar gəlir əldə edir. Ölkədə 500-dək narkotik hazırlayan laboratoriya müəyyən edilib ki, bu narkotiklər İran, Çin və Orta Asiya marşrutları ilə daşınır. Orta Asiyaya ildə orta hesabla 90 ton Əfqanıstan heroini daşınır. Heroinin 85 faizə qədəri Tacikistan ərazisi vasitəsilə daşınır. Ümumilikdə bu regionda narkotiklərin 75 faizə qədəri yük avtomobilləri, 20 faizə qədəri qatarlarla, qalan hissəsi isə təyyarələr vasitəsilə daşınır. Onu da qeyd edək ki, Əfqanıstan narkotiki həm də Azərbaycan üzərindən keçərək Rusiya və Avropaya daşınır. Belə ki, Əfqanıstan narkotikinin 18 faizi Avropaya, 15 faizi isə Rusiyaya daşınır. Ölkəmizdə bu sahədə mövcud problemin həlli istiqamətində bir sıra addımlar atılır. Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Prezidenti 26 avqust 1996-cı ildə “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman imzalayıb. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi haqqında” qanun qəbul edilib. Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyevin sözlərinə görə, həyəcan doğuran odur ki, bu sahədə görülən böyük işlərə baxmayaraq Azərbaycanda narkotikdən istifadə meyilləri artıb və xüsusən gənclər arasında bu, özünü daha qabarıq göstərir: “Rəsmi statistikaya görə, son beş ildə narkotikdən istifadə üzrə yaş senzi 30-dan 17-yə düşüb. Regionlarda, xüsusən cənub regionunda hətta 14-15 yaşında yeniyetmələrin də narkotikdən istifadə etmə hallarına rast gəlinir”. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda 1999 nəfər yeni narkotik istifadəçisi qeydə alınıb. Beləliklə, 2011-ci ildə ölkədə qeydiyyata alınmış narkotik istifadəçilərinin ümumi sayı 26 717 nəfərə çatıb. Onların 60 faizindən çoxu gənclərdir. 2011-ci ildə hüquq-mühafizə orqanları 2921 fakt üzrə 1 ton 549 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürüb. 2011-ci ildə qeydə alınan cinayətlərin 1762 faktı narkotik vasitələrin qanunsuz saxlanması, 917 faktı qanunsuz satışı, 111 faktı qanunsuz becərilməsi, 10 faktı isə digər cinayətkarlıq hallarına aiddir. Bu faktlar üzrə 5785 nəfər məhkum olunub və onlardan 3289 nəfərinə məcburi müalicə təyin edilib. Azərbaycandan keçən narkotik marşrutlara gəldikdə isə M.Əfəndiyevin sözlərinə görə, ən təhlükə törədən marşrutlardan biri Azərbaycanın işğal olunmuş ərazisindən keçir. Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat məlumatlarına görə, Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş ərazilərdə onlarla narkotik laboratoriyaları fəaliyyət göstərir. Narkomafiyanın bəzi dövlətlərin rəhbərliyi ilə əlaqələrə girdiyini deyən M.Əfəndiyevin sözlərinə görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik laboratoriyaların fəaliyyətilə bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb.Qeydiyyatda olan narkoloji xəstələrin ümumi sayının 511 nəfərini qadınlar təşkil edir: “Yaş qruplarına dair bölgüyə gəldikdə isə 14-17 yaşda olanlar 2 nəfər, 18-29 yaşında olanlar 4979 nəfər təşkil edir”. Ofis rəhbəri deyib ki, keçən il Narkoloji Dispanser tərəfindən qeydiyyatdan çıxarılanların sayı 408 nəfər təşkil edib.
Sosioloq Əhməd Abbasbəyli: “Narkomaniya təkcə hüquq pozuntusu deyil, müasir cəmiyyətin sosial mühitinin törətdiyi ruhi pozğunluqlardan biridir”
Sosioloq Əhməd Abbasbəyli isə bildirdi ki, bu gun, bu problemlə bağlı bütün bəşəriyyət narahatdır: “Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi çox təhlükəli miqyas və miqdar alıb. Elə bir ölkə yoxdur ki, gəncləri narkotik maddələrin istifadəsindən əziyyət çəkməsin. Bir sıra ölkələrdə isə bu artıq cəmiyyətin məhvi səviyyəsində təsirini göstərən faktordur. Hüquq-mühafizə orqanları nə qədər ciddi mübarizə aparsalar da, bu bəlanın qarşısı alınmır. Əslində bu yolla alınması da mümkün deyil. Çünki araşdırmaların göstərdiyi kimi, narkomaniya təkcə hüquq pozuntusu deyil, müasir cəmiyyətin sosial mühitinin törətdiyi ruhi pozğunluqlardan biridir. İnsanların sosial mühitə adaptasiyasında problemlər yaşanır. Bir çox hallarda cəmiyyət tərəfindən qəbul edilməyən insanlar xilas yolunu nakrotik maddələrin qəbulunda tapırlar. Onlar narkoman olmaqla dərd-qəmlərini unudur, sanki cəmiyyətdən heyif aldıqlarını düşünürlər. Bir qisim insan sosial-iqtisadi çətinliyə dözə bilməyərək narkotik maddələrin qanunsuz ticarəti ilə pul əldə etməyə meyillənir.” Sosioloqun fikrincə, KİV narkotik maddələrin qəbulunun törətdiyi faciələri insanlara çatdıra bilsə, bir çox həyatı xilas etmək olar: “KİV narkomaniyanın psixologiyası, vurduğu zərbələr, dağıtdığı ailələr, məhv etdiyi insan həyatı haqqında təsirli informasiyalar hazırlayıbverməlidir. KİV bunu edir. Ancaq bugünkü şəraitdə bu işi bir qədərgücləndirmək və miqyasını genişləndirmək gərəkdir. Dünyanın bütün KİVorqanlarının bununla bağlı hər hansı ortaq proqramının olması müsbətolardı. KİV-lər bir-biri ilə narkobizneslə bağlı informasiya mübadiləsişəbəkəsi qura bilər. Həmin şəbəkə vasitəsilə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı informasiyaları bir-birinə ötürərək onunlamübarizəyə də töhfə vermiş olarlar. Yaxud narkomaniyanın törətdiyifaciələri əks etdirən məlumatların, videogörüntülərin sistemli şəkildədünyaya yayılmasının müsbət psixoloji təsiri ola bilər. Bəzi kadrlardauşaqların necə narkoman edildiyi əks olunub. Bu kimi kadrlara baxan insanın narkobiznesə avtomatik olaraq nifrəti yaranır”. Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cəmiyyətin ciddi bir müqaviməti olduğunu deyən sosioloq bildirdi ki, bütün dünyada, o cümlədən Azərbaycanda narkomaniya daim diqqət mərkəzindədir və ölkə rəhbərliyi, müvafiq strukturlar bu problemin köklü həllinə nail olmaq üçün öz səylərini göstərirlər: “Lakin bununla yanaşı hələ də bu sahədə problemlər var. Acınacaqlı hal odur ki, narkomaniyanın qurbanları arasında gənclərin sayı artır və hətta narkomaniyaya qurşanma halları daha erkən yaşlara təsadüf etməyə başlayır. Tədqiqatlar göstərir ki, yeniyetmələrin əksəriyyəti ətrafın diqqətini cəlb etmək, daha böyük görsənmək, daha cəsarətli, müstəqil təsiri bağışlamaq və öz kommunikabelliyini artırmaq üçün narkotiklərdən istifadə edirlər. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Aparılan araşdırmalar zamanı məlum olub ki, gənclərin narkomaniyaya qurşanmasına bir çox hallarda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər səbəb olur. Belə ki, həmin şəxslər hədə-qorxu gəlməklə və müxtəlif şirnikləndirici vədlər verməklə gənclərin narkotik və psixotrop maddələrdən istifadə etməsinə nail olur və bununla da həmin gəncin həyatını zəhərləmiş olurlar. Gənclərinnarkomaniyaya qurşanmasına digər bir səbəb isə onların narkotikvasitələrə əyləncə vasitəsi kimi baxmasıdır. Narkotikadan cəmi bir dəfəistifadə etmək narkomaniyaya yol açmaq deməkdir”. Sosioloq deyir ki, narkotik vasitələrin istifadəsi ilə əlaqədar maarifləndirmə işinin artırılmasına baxmayaraq bu sahədə çatışmazlıqların mövcudluğu meydana çıxır. Belə ki, narkotik vasitələr və prekursorlar barədə geniş təbliğat işinin aparılmasının vaxtı çoxdan çatıb. Təbliğatın kütləviaksiyalarla aparılması, orta və ali təhsil müəssisələrinin təbliğat materiallarıilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədəməlumatlandırmaq, kütləvi informasiya vasitələrində genişinformasiyaların verilməsi, narkomaniyaya həssas təbəqə olan gənclərlətreninqlərin keçirilməsi, narkomaniyaya qurşanmış şəxslərin adlarınıngeniş ictimaiyyətə açıqlanması, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən internet saytların yaradılması və bütün saytlarda bubarədə məlumatların verilməsi, kütləvi şəkildə antinarkotik proqramlarına qoşulmaq narkomaniya ilə bağlı müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb ola bilər.Onu da qeyd edək ki, Azərbaycanda alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində olan şəxslərə dövlət büdcəsi hesabına narkoloji yardım göstəriləcək. Nazirlər Kabinetinin verdiyi məlumata görə, bu barədə məsələlər “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nda əksini tapıb. Qərarda dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımlar müəyyənləşdirilib. Buraya insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi, narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi, narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi, narkoloji xəstələrin müalicəsi, əvəzedici müalicənin tətbiq edilməsi, narkoloji xəstələr üzərində sonrakı müşahidənin, sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi daxildir. Qaydalara əsasən, narkoloji yardım Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar tərəfindən göstəriləcək, narkoloji yardım göstərilmiş hər bir şəxs barədə müvafiq qeydiyyat aparılacaq. Narkoloji yardım xidmətinin təkmilləşdirilməsi və narkoloji yardımın göstərilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranziti və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf ediləcək.
Nigar Abdullayeva
Bu yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir