PRESS-RELIZ-3

Gencler_ve_idman_Nazirliyirezonans2

PRESS-RELIZ-3

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə  çərçivəsində elan olunmuş müsabiqə başa çatmışdır. Məlum olduğu kimi müsabiqə sentyabr ayının əvvələrində élan edilmiş oktyabrın 15-dək davam etmişdir. Jurnalistlər arasında keçirilmiş bu müsabiqəyə təqdim edilmiş 30-dan artıq məqalə (40-a yaxın qəzet və saytlarda dərc edilib) Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizəyə həsr olunmuşdu. Oktyabr ayının 26-da müsabiqənin  nəticələri élan edilmişdir. Bakı şəhərində “Central Park Hotelin” konfrans zalında təşkil olunmuş tədbirdə müsabiqəinin qalibləri elan edilmişdir, onlara diplom və mükafatlar təqdim edilmişdir. Müsabiqənin qalibləri: Nigar Abdullayeva (“Palitra” qəzeti), Nərminə Əli (“Novosti-Azərbaycan”) və Cavid Əhmədli (“Eksperss” qəzeti)

  Qeyd etmək lazımdır ki, müsabiqənin nəticələrini gözlənildiyindən də uğurlu saymaq olar ki, belə ki, ilk dəfədir ki, ölkədə KİB nümayəndələri hər hansı bir mövzu ilə əlaqədar müsaqbiqədə belə fəallıq nümayiş etdirmiş və kifayət qədər maraqlı məqalələrlə çıxış etmişlər. Müsabiqə həm narkomaniya kimi bir problemin ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, bu bəlaya qarşı mübarizəni artırmaq baxımından, həm də jurnalistlərin özlərinin bu mövzu üzrə ixtisaslaşması, gələcəkdə problemlə bağlı  peşəkar jurnalistlərlərin yetişməsi baxımından mühüm bir hadisə oldu.